Bakı. Trend:
Fransa Böyük Britaniya və Almaniyanın birgə reallaşdırdığı uzaqmənzilli raket proqramında iştirak etmək istəyir.
Trend xəbər verir ki, “Financial Times”ın yaydığı məlumata görə, bununla bağlı müzakirələrin iyunun əvvəlində aparılması nəzərdə tutulur.
Nəşrin yazdığına əsasən, Paris bu təşəbbüsə qoşulmaqla ənənəvi silah sistemləri ilə nüvə çəkindirmə imkanları arasındakı boşluğu aradan qaldırmağa çalışır.
Məlumata görə, Almaniya Fransanın proqramda iştirakına müsbət yanaşır. Bununla belə, Britaniya tərəfi hesab edir ki, yeni iştirakçının müdafiə sənayesi maraqları və silah strategiyası layihədə mövcud balansı poza bilər.