Bakı. Trend:
Fransanın sabiq baş naziri Qabriel Attal 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə BFM TV xəbər yayıb.
Bildirilib ki, Attal Prezident Emmanuel Makronun təsis etdiyi “Renessans” partiyasının baş katibi vəzifəsini tutur. Makronun prezident səlahiyyət müddəti 2027-ci ilin mayında başa çatacaq. O, artıq iki dəfə prezident seçildiyi üçün növbəti dəfə namizədliyini irəli sürə bilməyəcək.
Məlumata əsasən, hazırda Attalın reytinqi yüksək deyil və keçirilən sorğular onun seçkilərin ilk turunda təxminən 11,5 faiz səs qazana biləcəyini göstərir.