ABŞ hakimiyyəti ölkə daxilindən “green card” üçün müraciət edən əcnəbilərə qarşı qaydaları sərtləşdirməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti (USCIS) məlumat yayıb.
Yeni qaydalara əsasən, müraciət edənlərin əksəriyyəti ABŞ-ni tərk etməli və sənədlərinin baxılmasını xaricdəki Amerika konsulluqları vasitəsilə gözləməli olacaq.
Məlumata görə, bu dəyişiklik ölkədə qanuni yaşayan və ya ABŞ vətəndaşı olan yaxın qohumları bulunan şəxslərə də təsir göstərə bilər.
Bildirilir ki, ABŞ daxilində statusun dəyişdirilməsi yalnız fərdi qaydada mümkün olacaq.
Donald Tramp administrasiyası sərtləşdirməni immiqrasiya sahəsindəki “boşluqlarla mübarizə” ilə izah edir. Hüquqşünaslar isə qərarla bağlı məhkəmə çəkişmələrinin başlanacağını proqnozlaşdırırl