Şəhərsalma və mənzil dizaynında zaman və məkan amillərinin nəzərə alınması vacibdir.
Modern.az xəbər verir ki, bunu Nepaldan LUMANTI Sığınacaq Dəstək Qrupunun və Asiya Mənzil Hüquqları Koalisiyasının icraçı direktoru Lajana Manandhar Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, bu iki istiqamət xüsusilə qadınların gündəlik həyatı üçün mühüm olan yaxınlıq prinsipinin əhəmiyyətini göstərir.
“Yaşayış sahəsi digər hüquqlara çıxışın əsas qapısıdır. Bu, qayğıya, təhlükəsizliyə, ictimai məkanlarda özünü güvəndə hiss etməyə, kreditə, mobilliyə və icmanın inkişafına çıxış deməkdir”.
O qeyd edib ki, həll yolları yalnız fərdi deyil, sosial xarakter daşımalı, sosial və gender ədalətinə əsaslanmalıdır.
“Qadınların baxışları və tövsiyələri şəhərsalma və mənzil siyasətinin bütün mərhələlərinə daxil edilməlidir”.