Bakı.Trend:
WUF13 rekord sayda iştirakçını bir araya gətirib.
Trend xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində deyib.
“Bakıda keçirilən forumda 176 ölkədən 67 min iştirakçı, o cümlədən 3 mindən çox onlayn iştirakçı təmsil olunub. Bu, mənzil təminatının gələcəyi ilə bağlı güclü və vahid qlobal mesajın formalaşdığını göstərir. Biz mənzil təminatının gələcəyi baxımından həlledici bir mərhələdəyik. Artıq vaxt itirmək və gözləmək kimi bir seçimimiz yoxdur”, – deyə o vurğulayıb.