Bakı. Trend:
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç arasında görüş keçirilib.
Bu barədə Trend-ə “AzərEnerji”dən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkənin enerji qurumları arasında əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Xorvatiya şirkətlərinin Azərbaycanın enerji sistemində həyata keçirilən layihələrdə iştirakı məsələləri müzakirə olunub.

