Bakı. Trend:
Serbiyada parlament seçkiləri payızda, sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç deyib.
"Seçkilər sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, may ayının əvvəlində Serbiya prezidenti ölkədə erkən parlament seçkilərinin iki və ya altı ay ərzində keçirilə biləcəyini irəli sürüb.