Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 min Amerika əsgəri göndərmək qərarını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə D. Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Polşa Prezidenti Karol Navrotski ilə əla münasibətlərimi nəzərə alaraq (...), ABŞ-ın Polşaya əlavə 5000 əsgər göndərəcəyini məmnuniyyətlə elan edirəm", - deyə o bildirib.
ABŞ prezidenti detalları açıqlamayıb.