Bakı.Trend:
Plastik tullantılar təkcə ekoloji problem kimi deyil, həm də innovasiyaların yaradılması və yeni iş yerlərinin formalaşdırılması üçün resurs kimi qəbul edilməlidir.
Trend xəbər verir ki, bu barədə "WastePlus" şirkətinin baş direktoru və həmtəsisçisi Sinan Kitagenda Tiki Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Dövrəni bağlamaq: dairəvi iqtisadiyyata doğru tullantıların idarə olunmasının inkişafı” adlı sessiyada çıxışı zamanı bildirib.
Tiki Uqandada plastik tullantıların uşaqlar tərəfindən futbol toplarının hazırlanmasında istifadə edildiyini deyib.
“Əksər insanlar üçün bu sadəcə plastik bir qabdır. Amma bizim uşaqlığımızda bu, futbol topu idi”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu cür təcrübə erkən yaşlardan tullantıların ikinci həyat qazana biləcəyi və təkrar istifadə edilə biləcəyi barədə anlayış formalaşdırıb.
Tiki tələbəlik illərində tullantıların idarə olunması üzrə effektiv sistemin olmaması ilə bağlı ciddi problemlə üzləşdiyini də bildirib.