Bakı. Trend:
Fransanın “Societe Generale” bank qrupu müştərilərin məlumatlandırılması və məsləhətləndirilməsi üzrə öhdəliklərini pozduğuna görə 20 milyon avro cərimələnib.
Trend-in məlumatına görə, qurumu bu ölkənin bank və sığorta sektoruna nəzarət edən Prudensial Nəzarət və Tənzimləmə Təşkilatı cərimələyib.
Bildirildiyinə görə, bu, təşkilatın Sanksiyalar komissiyası tərəfindən 2018-ci ildən indiyədək tətbiq olunan ən yüksək cərimədir.
“Societe Generale” qərarı nəzərə aldığını açıqlayıb.