Bakı. Trend:
WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
Trend xəbər verir ki, "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" adlı tədbirdə çıxış edən “UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, təcrübələr, baxışlar və müxtəlif yanaşmalar bir araya gətirilməlidir. Onun sözlərinə görə, lokal və şəhər səviyyəsində birlikdə işləməyi öyrənmək lazımdır.
O həmçinin qeyd edib ki, Azərbaycan şəhərsalma sahəsində mühüm işlər görüb.
"Ev sahibliyinə görə Azərbaycana təşəkkür edirik. Bu, tarixi bir məqam və mühüm bir hadisədir", o qeyd edib.
Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri böyük bir missiya olduğunu vurğulayıb. O qeyd edib mi, minalarla çirkləndirilmiş ərazilərdə biz yeni tarix yazılır:
"Təəssüf ki, XX əsrdə şəhərlər gözlərimizin önündə dağıdılıb, doqquz şəhərimiz məqsədli şəkildə yerlə-yeksan edilib. Ağdam, məsələn, Qafqazın “Xirosiması” adlandırılırdı. Yüz minlərlə insana ev olan bu şəhər tamamilə dağıdılmışdı. Biz isə bu ərazilərdə vətəndaşlarımız üçün yeni həyat qururuq. Azərbaycan doğrudan da bu Şəhərsalma Forumu üçün ən münasib məkandır. Biz öz təcrübəmizi bölüşməyə və müxtəlif təcrübələri öyrənməyə hazırıq", o bildirib.
BMT-nin Cənub-Cənub ofisinin rəhbəri Dima Al - Khatib isə bildirib ki, QHT-lər çox vaxt icmalarla institutlar arasında etibarlı vasitəçi rolunu oynayır.
"Onlar həm də diqqətdən kənarda qalan praktik həlləri üzə çıxarır və gündəmə gətirirlər.
UNESCO və UN-Habitat ilə əməkdaşlıq çərçivəsində biz irsin qorunması, iqlim tədbirləri, şəhər dayanıqlılığı və bərpa proseslərinə xüsusi diqqət yetiririk. Eyni zamanda, fəlakət riskinin azaldılması üzrə təlimlər təşkil olunur. Bu günə qədər 168 ölkədə və minlərlə icmada insanları əhatə edən təlimlər həyata keçirmişik", o vurğulayıb.
UN-Habitat İcraiyyə Şurasının keçmiş katibi və Hökumətlərarası Əlaqələr Departamentinin rəhbəri Christian Mensah isə Azərbaycan mühüm əməkdaşlıq platformasına çevrildiyini qeyd edib. O bildirib ki, QHT-lər və vətəndaş cəmiyyəti institutları proseslərdə aktiv iştirak etməli və geniş şəkildə təmsil olunmalıdır.
Bundan başqa Kuala-Lumpurun keçmiş meri, UN-Habitat-ın keçmiş icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri Qə Maimuna Mohd Şərif, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Qlobal Cənub QHT Platformasının (GSNP) Latın Amerikası regionu üzrə baş katib müavini Luis Qalyeqos Çiriboga da çıxışlarında QHT-lerin fəaliyyət istiqamətlərindən, proseslərdə aktiv iştirakından və WUF13-ün əhəmiyyətindən bəhs ediblər.
Tədbir panel müzakirələri ilə davam edib.






