2025-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Qız uşaqları arasında körpə ölümü göstəricisi artıb.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, 2025-ci ildə 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Onlardan 728-i oğlan, 584-ü isə qız uşaqları olub.
Qeyd olunub ki, 2024-cü illə müqayisədə 2025-ci ildə hər 1000 nəfər diri doğulana hesabı ilə körpə ölümü qızlarda 12.8-dən 13.0-a qədər artıb, oğlanlarda isə 14.8-dən 14.3-ə qədər azalıb.