Xankəndi, Ağdərə və Xocalı rayonlarında mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Modern.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən paneldə çıxışı zamanı Xankəndi, Xocalı, Əsgaran üzrə xüsusi nümayəndə Elçin Usubov bildirib
“Aparılan minatəmizləmə əməliyyatları çərçivəsində Xankəndi ərazisində 1456 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Əməliyyatlar zamanı ümumilikdə 23 746 ədəd partlayıcı vasitə aşkarlanaraq zərərsizləşdirilib. Ağdərə rayonunda isə 10 359 hektar ərazi təmizlənib. Burada 5159 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək təhlükəsiz şəkildə zərərsizləşdirilib. Xocalı rayonunda da mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri davam etdirilir”,- o deyib.
Xüsusi nümayəndə qeyd edib ki, Xankəndidə hazırda 24 min sakin yaşayır.