"Azərbaycandan həcc ziyarətinə yola düşən zəvvarları daşıyan növbəti iki təyyarə bu gün havaya qalxıb".
Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, bununla da həcc ziyarətinə yola düşən üçüncü və dördüncü zəvvar qrupları yola salınıb.
Xatırladaq ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edir.