Bakı. Trend:
Azərbaycan və Ukrayna arasında sənaye, energetika və infrastruktur sahələrində əməkdaşlıq müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Ukraynanın Baş nazirinin yenidənqurma işləri üzrə müavini, icmalar və ərazilərin inkişafı naziri Oleksiy Kulebanı ölkəmizdə qarşılamaqdan məmnun olduq. İqtisadi əməkdaşlığın prioritet istiqamətlərini, Orta Dəhlizin strateji üstünlüklərini və regional bağlantıların gücləndirilməsində rolunu qeyd etdik.
Birgə fəaliyyətin sənaye, energetika və infrastruktur sahələrində genişləndirilməsi və SOCAR-la işbirliyinin perspektivləri barədə müzakirələrimiz oldu", - paylaşımında qeyd edilib.