Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidinin qalıqları tapılıb. Modern.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Birinci Qarabağ müharibəsində düöyüşmüş Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.