Bakıda keçirilən WUF13 çərçivəsində qlobal şəhər gündəliyinin gələcək istiqamətləri müzakirə olunur və forum tarixinin ən böyük tədbirində 40 mindən çox iştirakçı yer alır.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, iqlim dəyişikliklərinin təsirlərinə və hava şəraitinin dəyişkənliyinə baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə fəaliyyətə başlayıb.
Paylaşımda qeyd olunub ki, hazırda Azərbaycanda qlobal urbanizasiya gündəliyinin gələcək konturları formalaşdırılır.
Hikmət Hacıyev həmçinin vurğulayıb ki, bu, 40 mindən çox iştirakçının qatıldığı ən böyük WUF tədbiridir.