Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupunun yüksək vəzifəli üzvləri ilə görüşündə İranla bağlı növbəti addımları müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə "CNN" məlumatlı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Virciniyadakı prezident qolf klubunda keçirilən görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və xüsusi elçi Stiv Uitkoff iştirak ediblər.
Kanal görüş zamanı hansı qərarların qəbul edildiyini dəqiqləşdirmir. Bununla belə, qeyd olunub ki, D. Tramp son zamanlar Tehranın diplomatik danışıqlarına getdikcə daha çox səbirsizləşir və İranda böyük hərbi əməliyyatların bərpası ehtimalını daha ciddi şəkildə nəzərdən keçirir.