Bakı. Trend:
İran ABŞ ilə mümkün razılaşma məsələsində daha sürətli hərəkət etməlidir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Vaxt tükənir və İran tez bir zamanda hərəkətə keçməlidir, əks halda onlardan heç nə qalmayacaq. Vaxt həlledici əhəmiyyət daşıyır", - deyə o bildirib.