Şəhərin şəhər olması üçün konsert zalları, muzeylər, kinoteatrlar, teatr binası və idman zalları, idman meydançaları olmalıdır.
Moskvadan, Kremldən yeganə azərbaycanlı İdman Komitəsinin sədr müavini olmuşam və töhmət almışam. O dövrün İdman Sarayı- hazırki Heydər Əliyev adına İdman-Konsert Kompleksi tikintisini 12 il müddətində başa çatdırdıq.
İdman sarayı Qafqazda, İranda, Türkiyədə və bütün ərəb ölkələrində birinci olaraq Heydər Əliyevin birbaşa təklifi, təsiri və rəhbərliyi ilə başa çatdı. Sovet rəhbərliyində ikinci adam idi ki, valyuta(dollar) xərcləmək üçün sərəncam verməyə ixtiyarı var idi. İki buz meydançası tikmək üçün dəqiq kompüter sistemi olan NATO-nun o dövrdə istifadə etdiyi “Delta-1000” sistemi iqlimin dəqiq məlumatın alan, məlumat bazasına malik olan sistem idi və onu o dövrdə valyuta ilə almaq mümkün idi. Tikintisinə rəhbərlik etdiyim İdman Sarayını (məni tikinti stabinin sədri kimi Ulu Öndər Heydər Əliyev təyin etmişdi) müvəffəqiyyətlə başa gətirdik. Elə müasir kompleks kompüter sistemi almaq üçün mən şəxsən SSRİ nazirlər Sovetinin birinci müavini, siyasi büronun üzvi Heydər Əliyevə birbaşa müraciət etdim. Məktubun üstündə “zakupat” – almaq yazıb göstəriş vermişdi. Həyatımda qürurlu olduğum həmən gün avadanlığı aldıq, quraşdırdıq. Şərqdə, Bakıda birinci beynəlxalq standartda buz meydançasını aldıq. Lakin, M.Qarbaçovun apardığı düşmənçilik bizi ağır vəziyyətdə qoydu. Mənim şəxsən həyatımın ağır günlərini yaşadım. Ə.Vəzirovun 20 Yanvar faciəsindən getməsi ilə yeni rəhbərin təyinatı gözlənilirdi. Qarbaçovun qəbuluna getmiş Azərbaycan nümayəndələrindən iki nəfərin təyinatı gözlənilirdi- Həsən Həsənov və Vaqif Hüseynov. Qəbulda Həsənov “mənə etibar edin, mən sizin etibarınızı doğruldaram” dedi. Mən bunu yaza bilərəm ki, Həsən Həsənov yaxud Vaqif Hüseynov olsaydılar, heç zaman onlar vəzifəsini Xalq Cəbhəsinə, heç kimə verməzdilər. Moskvanın etibarını doğruldardılar.
Bizim əsas fikrimiz, Ulu Öndər Heydər Əliyevin idmanı, onun tikinti bazasını yaratmaq idi. Bakıda yeni qış parkı, şəhər mərkəzində yaradılan parklar idmana açıq parklar, idman qurğuları ilə layihələnməlidir. Məsələn, tennis kortları, voleybol, basketbol, uşaqlar üçün üzgüçülük hovuzları- Respublika İdman Komitəsində belə aktivlik yoxdur. Prezidentimiz İlham Əliyevin xoş münasibəti, idmanın inkişafına göstərdiyi diqqət bütün imkan yerlərdə idman bazalarını yaratmaq lazımdır. Şəhərimizin hər yerində yüngül konstruksiyalardan, hətta qədim şəhərin imkan yerlərində tikmək, idman zallarının istifadəsi mədəniyyəti olmalıdır. Keçmişə hörmət, heç kimi, heç nəyi unutmamaq lazımdır. Ulu Öndər Heydər Əliyev deyirdi- “heç kimin əməyini unutmaq olmaz. Su gələn arxa su yenə gələcək”.
Alah Sizə rəhmət eləsin, Ulu Öndər. Keçmişi olmayanlar belə işləri bilməz.
Professor Fəqan Əliyev