Bakı.Trend:
ABŞ nümayəndə heyəti casusluq riski səbəbindən Çin səfəri zamanı onlara verilmiş hədiyyələri özləri ilə vətənlərinə aparmayıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir
Nümayəndə heyəti, eləcə də onları müşayiət edən media nümayəndələri “Air Force One” prezident təyyarəsinə minməzdən əvvəl ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Çin tərəfinin təqdim etdiyi bütün hədiyyələrdən imtina ediblər.
Bildirilir ki, Çin rəsmilərinin təqdim etdiyi bütün əşyalar, o cümlədən mətbuat akkreditasiyaları, Ağ Ev əməkdaşlarının birdəfəlik telefonları və nümayəndə heyətlərinin nişanları toplanaraq zibil qabına atılıb.