Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə bu gün saat 08:05-də şəhərin F.Həşimov küçəsində qeydə alınıb.
"KIA Forte" markalı, 77-FY-228 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan 1994-cü il təvəllüdlü Fikrət Fikrət oğlu Yunis yolu keçmək istəyən piyada 1961-ci il təvəllüdlü Xəqani Müzəffər oğlu Məmmədovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.