Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin başçıları TDT liderlərinin qeyri-rəsmi sammitinin yekunlarına dair Türküstan Bəyannaməsini imzalayıblar.
Modern.az xəbər verir ki, imzalanma mərasimində Prezident İlham Əliyev də iştirak edib.
Sənədin imzalanması TDT-yə üzv ölkələrin liderlərinin iclasının başa çatmasından sonra baş tutub.