Qarabağ Universitetinin Tibb fakültəsi üçün mebel və tibbi avadanlıqların satınalınması ilə bağlı tender elan edilib.
Modern.az-ın məlumatına görə, tender Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan olunub.
Məlumata görə, satınalma Qarabağ Universitetinin Tibb fakültəsinin mebel və tibbi avadanlıqlarla təchiz edilməsini əhatə edir.
Tender üçün ehtimal olunan qiymət 14 milyon 984 min 534 manat 92 qəpik təşkil edir.