Rusiya ilə Ukrayna arasında həlak olanların cəsədləri dəyişdiriləcək. Modern.az xəbər verrir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Sarəliyev bildirib. Deputatın sözlərinə görə, mübadilə 15 may tarixində baş tutacaq.
Məlumata əsasən, Ukraynaya 528 həlak olmuş şəxsin cəsədi təhvil veriləcək, Rusiya isə 41 cəsədi geri alacaq.
Deputatın sözlərinə görə, işlər tərəflər arasında əldə olunmuş razılaşmalar çərçivəsində aparılır.