Ağcabədi. Trend:
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata əsasən, Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.
Qəza nəticəsində azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.