Bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların gəlirlərinin 480,7 milyon manatı qeyri-faiz gəlirləri olub. Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, qeyri-faiz gəlirləri ötən ilin birinci rübü ilə müqayisədə 59,9 milyon manat və ya 14,2% artıb. 2025-ci ilin birinci rübündə bankların qeyri-faiz gəlirləri 420,8 milyon manat idi.
Cari ilin birinci rübündə bankların qeyri-faiz gəlirləri ümümi gəlirlərdə 26,4% paya malik olub. Bu da, 2025-ci ilin birinci rübün ilə müqayisədə 0,6 faiz bəndi azalma deməkdir. Ötən ilin birinci rübündə bankların qeyri-faiz gəlirlərinin ümümi gəlirlərdə 27% idi.