Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa işləri üzrə dövlət naziri Lorens Bunla görüşüb.
Modern.az xəbər verir ki, Mirzoyan bu barədə X-də paylaşım edib.
Görüş ATƏT-in XİN başçılarının toplantısı çərçivəsində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində baş tutub.
"Lorens Bunla tanışlıqdan məmnun oldum. Ermənistan-Fransa münasibətlərini və bu münasibətləri qarşılıqlı maraqların fərqli sahələrində daha da inkişaf etdirmək üçün praktik addımlarımızı müzakirə etdik. Regional təhlükəsizlik problemlərinə Ermənistanın qalıcı sabitliyinin təmin olunmasına yönələn səyləri vurğulanıb", - deyə nazir yazıb.