Azərbaycanda tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması ilə bağlı yeni qaydalar bütovlükdə əmlak bazarında canlanma yaradacaq.
Metbuat.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, mənzillərin, eləcə də qeyri-yaşayış obyektlərinin kommunal xidmətlərlə təmin edilməsi onların satış imkanlarını artıracaq.