Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
"Hesab edirik ki, bu dəyişikliklər baş verməsə, dəstək olmasa ictimai nəqliyyatın inkişafından danışa bilməyəcəyik. Çünki hər şey maliyyənin üzərindədir. Maliyyə ayrılsa, bu inkişaf olacaq. İndiki halda hesab edirəm ki, Azərbaycan dövlətinin gücü buna yetir".
"Bu sistem daşıyıcılara böyük dəstək ola bilər. Hansı ki, daşıyıcılar və nəzarət edən qurum arasında ilk növbədə razılıq əldə olunmalıdır. Bunun ardından dövlət tərəfindən yeni avtobusların alınıb ölkəyə gətirilməsi nəzərdə tutlur".
"Şəhərin mərkəzində istismardan çıxarılan avtobusların hamısı demək olar ki bakıətrafı qəsəbələrə daşınır. Çünki orada tələbat çoxdur, heç kim nəzarət eləmir. Belə halların qarşısı alınmalıdır. Avtobus istismardan yığışdırılırsa, deməli təhvil verilməlidir. Amma bizdə belə deyil. Aparıb onu başqa yerlərdə istismar edirlər".
Seyranə Quliyeva / Metbuat.az