Abşeron rayonu Masazır qəsəbəsində “Toyota Prius” markalı avtomobil divara çırpılıb.
Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda maşının yarımtikilinin hasarına çırpıldığı görünür.
Hadisə nəticəsində hasara və avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində xəsarət alan olub-olmadığı barədə məlumat verilməyib.
Sözügedən görüntüləri təqdim edirik: